“Zirə” klubu Antalyada Rumıniyanın “Çindia” komandasına qalib gəlib
Antalyada təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu ilk yoxlama oyununda qələbə qazanıb.

Rumıniyanın “Çindia” klubu ilə görüş Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin heyətində Coşqun Diniyev, Toni Qomes və Hamidu Keyta fərqləniblər.

Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki yoxlama matçı keçirəcək. Baş məşqçi Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.

Xəbər 188 dəfə oxundu.