Andrea Pirlo Belçika yığmasını çalışdıra bilər
Türkiyənin “Fatih Karagümrük” futbol klubunun baş məşqçisi Andrea Pirlo Belçika yığmasını çalışdıra bilər.

Belçika Futbol Federasiyası (BFF) “Yuventus”un sabiq baş məşqçisini namizədlər siyahısına daxil edib.

Qeyd edək ki, Qətərdə təşkil olunan dünya çempionatında uğursuz çıxışdan sonra Roberto Martines Belçika millisinin baş məşqçisi postundan istefa vermişdi. Hazırda BFF yeni baş məşqçi axtarışındadır.

Xəbər 140 dəfə oxundu.