Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyuna təyinat alıb
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb.

N.İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində keçiriləcək “Prometey” (Ukrayna) – “Alba” (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in bu matç üçün təyinatlarına əsasən, N.İsmayılova görüşün hakimləri macarıstanlı Peter Szabo və fransalı Kristofe Lekourtun işinə qiymət verəcək.

Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Xəbər 191 dəfə oxundu.