Albaniya millisi Silvinyoya tapşırılıb
Futbol üzrə Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Albaniya Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.

Milli komanda braziliyalı Silvio Mendes Kampos Juniora tapşırılıb.

Silvinyo kimi tanınan mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. O, yığmada uğursuz nəticələrə görə istefaya göndərilən italiyalı Edoardo Rejanı əvəz edəcək.

“Korintians”ın baş məşqçisi olmuş Silvinyo futbolçu karyerası ərzində “Arsenal”, “Selta”, “Barselona” və “Mançester Siti” klublarında forma geyinib. O, Braziliya millisində 6 oyun keçirib.

Xəbər 165 dəfə oxundu.