Qaret Beyl peşəkar karyerasını başa vurub
Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurub.

Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

Otuz üç yaşlı uelslinin sonuncu klubu “Los-Anceles” olub.

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarında çıxış edib. O, “Real Madrid” klubunun heyətində 5 dəfə Çempionlar Liqasının, eyni zamanda 3 dəfə İspaniya çempionatının qalibi olub.

Uels yığmasının heyətində meydana çıxdığı 109 matçda 41 qola imza atıb.

Xəbər 227 dəfə oxundu.