Millimizin lideri: Dünya reytinqində favorit olmağım məni daha da ruhlandırır
Dünya reytinqində favorit olmağım məni daha da ruhlandırır. Cari ildə keçiriləcək turnirlərdə layiqincə çıxış etmək istəyirəm.

Bu sözləri qılıncoynatmanın sablya növü üzrə milli komandamızın lideri Anna Başta deyib.

Avropa çempionu Gürcüstan, Bolqarıstan və Qazaxıstandan olan idmançılarla birgə Bakıda hazırlıq keçdiklərini bildirib: “Düşünürəm ki, bu toplanışın millimizə faydası olacaq. Tunisdə keçiriləcək Qran-Pridə yaxşı çıxış etməyə çalışacağıq. Apreldən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar başlayır. Bütün diqqətimizi bu turnirlərə yönəldəcəyik. Gücümüzü elə bölməliyik ki, il ərzində keçiriləcək turnirlər üçün kifayət etsin"

Xəbər 257 dəfə oxundu.