“NTD” basketbolçuları çempionatın vahid lideridir
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutub.

Günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah BK" və "NTD BK" komandaları arasında keçirilib. Oyunun sonunda geri dönüş edən "NTD" basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq çempionatın vahid lideri olublar.

Günün son oyununda "Neftçi İK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun bağlanış oyunu yanvarın 8-də saat 15:00-də Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "Olimpik Şəki BK" komandaları arasında keçiriləcək.

Xəbər 264 dəfə oxundu.