Qılıncoynadanlarımız Tunisdə keçiriləcək beynəlxalq turnirə ciddi hazırlaşırlar | |
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır. Yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-dək davam edəcək. Milli komandaların üzvləri gündə iki dəfə Azərbaycan Texniki Universitetinin idman sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı yanvarın 13-15-də Tunisdə keçiriləcək Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır. Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq. |
|
Xəbər 245 dəfə oxundu. |
|
|