“Andretti” komandası “Cadillac”ı Formula 1-ə gətirəcək
“Andretti” komandası Formula 1 yarışlarına qatılmaq məqsədi ilə ABŞ-ın ən böyük avtomobil korporasiyası “General Motors” ilə birləşib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Komandanın “Andretti Cadillac” adlanacağı bildirilir.

Sabiq Formula 1 pilotu Maykl Andrettinin rəhbərlik etdiyi komandanın Formula 1-ə qatılmaq cəhdi digər kollektivlər tərəfindən narazılıqlı qarşılanıb.

Qeyd edək ki, hazırda Formula 1 üzrə dünya çempionatında 10 komanda mübarizə aparır.

Xəbər 248 dəfə oxundu.