Dünyanın aparıcı şahmatçılarının ötən il qazandıqları pul mükafatlarının miqdarı açıqlanıb
Dünyanın aparıcı şahmatçılarının 2022-ci ildə qazandıqları pul mükafatlarının miqdarı açıqlanıb.

Norveçli dünya çempionu Maqnus Karlsen ötən il ən çox - 558 min ABŞ dolları əldə edib. ABŞ təmsilçiləri Uesli So (536 min) və Hikaru Nakamura (516 min) ilk üçlükdə yer alıblar.

Qeyd edək ki, ötən ilin dekabrında M.Karlsen blits və rapid üzrə dünya çempionatlarının qalibi olub.

Xəbər 237 dəfə oxundu.