“Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb
İdman brendi “Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb.

Bu barədə “Relevant Tennis” məlumat yayıb.

Məşhur şirkət ABŞ idmançısı Sloane Stevens (WTA reytinqində 37-ci), xorvat Donna Vekiç (67-ci), çex Marketa Vondrouşova (92-ci), ukraynalı Marta Kostyuk (69-cu) və rusiyalı Andrey Rublev (ATP reytinqində 8-ci) ilə əməkdaşlığa son qoyub.

Bildirilib ki, əməkdaşlıq üçün bundan sonra dünya reytinqinin nəticəsi və turnirlərdəki uğurla performans nəzərə alınacaq.

Xəbər 273 dəfə oxundu.