Kabo-Verde millisinin ev oyunlarını keçirdiyi stadiona Pelenin adı veriləcək
Kabo-Verde hökuməti FIFA prezidenti Canni İnfantinonun hər ölkədə Pelenin adına stadionun olması təklifini dəstəkləyib.

Bunu ölkənin Baş naziri Xose Ulisses Korreya i Silva sosial şəbəkələrdə açıqlamasında bildirib.

Açıqlamada deyilir: “Peleyə təşəkkür edərək. Dünyanın bir çox ölkəsi tərəfindən dəstəklənəcəyinə inandığım təşəbbüsün bir hissəsi olaraq Milli stadionumuzun adını “Pele Stadion” adlandırmaq niyyətindəyik. Kabo-Verdi və Braziliyanın birgə tarixi və mədəniyyəti var”.

Qeyd olunur ki, Pelenin adını daşıyacaq Milli stadion 15 min tamaşaçı tutumuna malikdir və Kabo-Verde millisi ev oyunlarını bu arenada keçirir.

Xəbər 210 dəfə oxundu.