“İnter” mövsümdə “Napoli”yə ilk məğlubiyyətini yaşatdı
Futbol üzrə İtaliya çempionatının 16-cı turunda “İnter” doğma meydanda "Napoli"yə 1:0 hesabı ilə qalib gəlib.

Oyunda yeganə qolu Edin Dzeko (56-cı dəqiqə) vurub. “Napoli” klubu bu mövsümdə ilk məğlubiyyətini alıb, buna qədər komanda 13 qələbə qazanıb, iki dəfə heç-heçə edib.

İtaliya liqa cədvəlinə 41 xalla "Napoli" başçılıq edir və ikinci yerdə qərarlaşan "Milan"ı 5 xal qabaqlayır. "İnter" 33 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 241 dəfə oxundu.