“Krasnodar” klubu “Qarabağ”dan ayrılan Kadi Borqesi heyətinə qatıb
Rusiyanın "Krasnodar" klubu "Qarabağ"dan ayrılan Kadi Borqesi heyətinə qatıb.

Rusiya təmsilçisi bu barədə açıqlama yayıb.

Braziliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununadək müqavilə imzalanacaq. Onun "Krasnodar"la təlim-məşq toplanışı üçün bu ay Dubaya gedəcəyi vurğulanıb.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi.

Xəbər 279 dəfə oxundu.