“Srvena Zvezda” klubuna sanksiya tətbiq edilib
Basketbol üzrə Avroliqanın rəhbərliyi Serbiyanın “Srvena Zvezda” klubuna maliyyə fair-play qaydalarını pozduğuna görə sanksiya tətbiq edib.

Bu barədə Avroliqanın rəsmi saytı məlumat yayıb.

Fevralın 28-dək komandaya yeni oyunçu və məşqçiləri qeydiyyata almaq qadağan edilib. Bundan əlavə, “Srvena Zvezda” 25 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Serbiya klubu Avroliqanın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.

Xəbər 179 dəfə oxundu.