“Azərreyl” voleybol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib
Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Türkiyədə keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib. Bakı təmsilçisi qonşu ölkədə ilk matçını “Bakırköy Bld Yaşılyurd”a qarşı keçirib.

Bakılılar bu matçda 3:2 hesabı ilə qalib gəlib. Alessandro Çiappininin yetirmələri növbəti oyununu bu gün Rumıniya “Tomis”inə qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə bu 3 komanda ilə yanaşı “Qalatasaray” da çıxış edir.

Xəbər 964 dəfə oxundu.