“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev Polşada klubunu dəyişib
Ağdamın “Qarabağ” komandasının sabiq futbolçusu Simeon Slavçev Polşada klubunu dəyişib.

Yarımmüdafiəçi “Veçistu” klubu ilə 2,5+1 illik müqavilə imzalayıb.

Bolqarıstanlı futbolçu Üçüncü Liqada mübarizə aparan komandada 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, S.Slavçev 2018-2020-ci illərdə "Qarabağ"da oynayıb. Onun son klubu Polşanın “Lexiya” komandası olub.

Xəbər 159 dəfə oxundu.