“Nyukasl” klubu 1995-ci ildəki uğurunu təkrarlayıb
“Nyukasl” futbol klubu İngiltərə Premyer Liqasının XIX turunda “Arsenal” ilə heç-heçə edib – 0:0.

“Nyukasl” bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. Belə ki, komanda 9 qələbə qazanıb, 6 dəfə meydanı 1 xalla tərk edib.

Komanda 1995-ci ildən sonra ilk dəfədir belə uğura imza atıb.

Baş məşqçi Eddi Haunun rəhbərlik etdiyi komanda 18 oyundan sonra Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Xəbər 166 dəfə oxundu.