Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Bu ada Argentina millisinin kapitanı Lionel Messi layiq görülüb.

PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. Hücumçu 275 xalla ötən ilin ən yaxşısı elan edilib.

Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub (35 xal).

Xəbər 157 dəfə oxundu.