“Real Madrid” son üç ildir İspaniya kuboku yarışında qol buraxmır
“Real Madrid” klubu son üç ildə İspaniya kuboku yarışında qapısında top görməyib.

Baş məşqçi Karlo Ançelottinin yetirmələri turnirin 1/16 final mərhələsi çərçivəsində dördüncü divizion təmsilçisi “Kasereno”ya 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu braziliyalı futbolçu Rodriqo vurub.

Beləliklə, Madrid klubu turnirdə qapısını toxunulmaz saxlamaq seriyasını 5-ə çatdırıb. Komanda 2020-ci ilin yanvarında “Saraqosa”ya 4:0 hesabı ilə qalib gəlib. Həmin oyunda komanda sonuncu dəfə qol buraxmayıb.

Xəbər 167 dəfə oxundu.