“Qarabağ” klubu Türkiyəyə yollanıb | |
Ağdamın “Qarabağ” klubu Türkiyəyə yollanıb. Ağdam təmsilçisi qış təlim-məşq toplanışı üçün Antalyaya yola düşüb. “Qarabağ” Antalyada 3 yoldaşlıq oyununda gücünü sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək. Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək. |
|
Xəbər 157 dəfə oxundu. |
|
|