“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda
Ağdamın "Qarabağ" klubunun sabiq futbolçusu Dino Ndlovu Türkiyə komandasında çıxış edəcək.

32 yaşlı hücumçu Türkiyə Birinci liqasında mübarizə aparan "Boluspor" klubu ilə razılığa gəlib.

Qeyd edək ki, hücumçu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022-ci il mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.

Xəbər 158 dəfə oxundu.