"Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib.

Təqdimatda 37 yaşlı hücumçu və komandanın baş məşqçisi Rudi Qarsiya çıxış ediblər.

Ronaldo bir çox klubdan təklif aldığını, ancaq "Əl-Nəsr"i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb.

Xəbər 169 dəfə oxundu.