İspaniyanın “Malaqa” klubu Çempionlar liqasının tarixinə düşüb
İspaniyanın “Malaqa” klubu Çempionlar liqasının tarixinə düşüb. Primeryera təmsilçisi yarışın tarixində ən yaxşı debütant olub.
Qrup mərhələsinin II turunda Belçika “Anderlext”ini 3:0 hesabı ilə darmadağın edən ispaniyalılar 2 oyunda 6 xal və topların +6 balansına malikdir. Bu isə debütantlar üçün ən yaxşı nəticədir.
Debütdə qol buraxmadığı oyunların sayını 4-ə çatdıran “Malaqa” bu göstəricidə İngiltərə “Lids”indən geri qalır. Britaniyalılar 6 oyunluq seriyaya malikdir.
Öz meydanında “Malaqa”ya uduzan “Anderlext” 2003-cü ildən Çempionlar Liqasında ev qələbəsi görmür. Onların uğursuz seriyası artıq 10 oyuna çatdı.

Xəbər 969 dəfə oxundu.