La Liqa təmsilçisi heyətini meksikalı futbolçu ilə gücləndirib
“Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

La Liqa təmsilçisi Meksika yığmasının müdafiəçisi Sesar Montesi heyətinə qatıb.

Meksikanın “Monterrey” klubundan transfer edilmiş 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.

Xəbər 186 dəfə oxundu.