Azərbaycan voleybolçusu Çin klubu ilə müqavilə imzalayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni klubu bəlli olub.

Hücumçu karyerasını Çində davam etdirəcək.

O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Voleybolçu 2022-2023 mövsümünün sonunadək bu klubda çıxış edəcək.

Voleybolçumuz mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.

Qeyd edək ki, 2015-2016-cı il mövsümündə “Azərreyl”də çıxış edən O.Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.

Xəbər 209 dəfə oxundu.