“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiyada davam etdirə bilər
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiyada davam etdirə bilər.

Futbolçu “Krasnodar” klubu ilə müqavilə bağlamağa yaxındır.

Rusiya mətbuatının məlumatına görə, klub rəhbərliyi bu keçidə görə “Qarabağ”a 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Qarabağ”a 2021-ci ildə gələn braziliyalı bu mövsüm Ağdam təmsilçisi ilə dördillik yeni müqavilə imzalayıb.

Xəbər 168 dəfə oxundu.