Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib
“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.

Bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.

Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.

Xəbər 191 dəfə oxundu.