İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün milli komandalar üzrə ən yaxşı baş məşqçi adına namizədləri açıqlayıb.

Siyahıda 20 mütəxəssis yer alıb.

Qalibin adına 2023-cü ilin yanvarında səsvermə nəticəsində aydınlıq gələcək.

Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Fernandu Santuş (Portuqaliya, istefa verib), Lui van Qal (Niderland, istefa verib), Qaret Sautqeyt (İngiltərə), Çeslav Mixneviç (Polşa, istefa verib), Murat Yakın (İsveçrə), Lionel Skaloni (Argentina), Tite (Braziliya, istefa verib), Qustavo Alfaro (Ekvador), Valid Reqraqi (Mərakeş), Aliu Sisse (Seneqal), Otto Addo (Qana), Riqobert Sonq (Kamerun), Jalel Kadri (Tunis), Qreq Berhalter (ABŞ), Qraham Arnold (Avstraliya), Moriyasu Hadzime (Yaponiya), Paulu Bentu (Cənubi Koreya) və Herve Renard (Səudiyyə Ərəbistanı) namizədlər sırasında yer alıblar.

Xəbər 153 dəfə oxundu.