NTD klubu “AAAF Xırdalan”ı, “Sərhədçi” isə “Zirvə Astara”nı məğlub edib
Dekabrın 24-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) XI turu çərçivəsində daha iki oyun keçirilib.

Günün ilk görüşü "AAAF Xırdalan" və NTD komandaları arasında olub. Oyuna sürətli başlayan NTD rəqib üzərində 108:80 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan" Devin Pullum (17 xal, 7 asist), NTD klubundan Londell King (37 xal, 20 ribaund) olublar.

Günün sonuncu oyununda "Sərhədçi" və "Zirvə Astara" basketbolçuları üz-üzə gəliblər. “Sərhədçi” oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94:84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhdəçi"dən Endar Poladxanlı (33 xal, 9 ribaund), "Zirvə Astara"dan isə Ruşhard Kruikşenk (37 xal, 7 ribaund) seçiliblər.

Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 25-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik" və "Neftçi" komandaları arasında keçiriləcək.

Xəbər 166 dəfə oxundu.