“Qarabağ” klubu “Səbail”i üç cavabsız qolla məğlub edib
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Yarışın XVIII turu çərçivəsində keçirilən oyunda Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Görüş “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Ramil Şeydayev, Musa Qurbanlı və Abdullah Zubir fərqləniblər.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

Xəbər 152 dəfə oxundu.