"Qəbələ"-"Turan Tovuz" matçında hesab açılmayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda daha bir matç oynanılıb.

"Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.

Bu heç-heçədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" turnir cədvəlində beşinci pillədəki mövqeyini qoruyub. Tovuz təmsilçisi isə 17 xalla 6-cı sırada qərarlaşıb.

Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"lə qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

Xəbər 185 dəfə oxundu.