“Polad” komandası - “Prezident kuboku” turnirinin qalibi
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turnirinin qalibi müəyyənləşib.

Həlledici oyunda “Sərhədçi Qarabağ” ilə “Polad” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Polad” komandası 2:1 hesabı ilə qələbə qazanıb və “Prezident kuboku” turnirinin qalibi olub.

Qeyd edək ki, üçüncü yer uğrunda oyunda isə “Sərhədçi Dilboz” komandası “Buta Qolden”dən üstün olub – 2:1.

Xəbər 190 dəfə oxundu.