“Sumqayıt” ilə səfər matçı “Sabah” üçün əlamətdar olub
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda “Sumqayıt” ilə səfər matçı “Sabah” üçün əlamətdar olub.

“Kapital Bank Arena”da keçirilən görüşdə 6:0 hesabı ilə qalib gələn “Sabah” tarixinin ən böyük hesablı qələbəsini qazanıb. Komanda daha əvvəl bir neçə dəfə 5:0 hesablı qələbə qazansa da, ilk dəfə bir matçda 6 top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, matçda qolları Emmanuel Apeh, Aleksey Kaşuk, Coy-Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov vurublar.

Xəbər 155 dəfə oxundu.