Özbəkistanlı Nodirbek Abdusattorov “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olub
Özbəkistanlı Nodirbek Abdusattorov Bakıda keçirilən görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin qalibi olub.

Blits yarışlarında sona 4 tur qalmış özbəkistanlı şahmatçı 23,5 xalla yaxın izləyiciləri Rumıniya təmsilçisi Riçard Rapport və Rauf Məmmədov üçün əlçatmaz olub. Hər iki şahmatçının aktivində 18 xal var.

Şahmatçılar daha 4 turda güclərini sınayacaqlar.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Xəbər 230 dəfə oxundu.