Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda iki qarşılaşma keçiriləcək.

ilk oyun günündə "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 16:00-da “Bakcell Arena” baş tutacaq.

Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. “Kapital Bank Arena" keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" matçı isə dekabrın 25-də reallaşacaq.

Xəbər 168 dəfə oxundu.