Üçqat Olimpiya çempionu yarışlardan kənarlaşdırılıb
Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) üçqat Olimpiya çempionu, çinli ağırlıqqaldıran Lyu Syaotszyunu antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Lyu Syaotszyun oktyabr ayında dopinq testindən keçdiyi bildirilir. Testlərin nəticələrinə görə, idmançıda Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş dərman vasitələri siyahısına daxil edilən nümunədə eritropoietin (EPO) aşkar edilib. ITA tərəfindən idmançıya pozuntu barədə məlumat verilib və yarışdan kənarlaşdırılıb.

Xatırladaq ki, 38 yaşlı Lyu Syaotszyun 2012, 2016 və 2021-ci illərdə Olimpiya çempionu adını qazanıb. O, həmçinin beşqat dünya çempionudur.

Xəbər 254 dəfə oxundu.