“Mançester Siti” komandası “Liverpul”a qalib gələrək 1/4 finala yüksəlib
İngiltərə Liqa Kubokunun IV turunda “Mançester Siti”- “Liverpul” komandaları qarşılaşıblar.

"Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Erlinq Haaland (10-cu dəqiqə), Riyad Mahrez (47), Natan Ake (58) fərqlənib. “Liverpul”un qollarını isə Fabio Karvalyo (20), Məhəmməd Salah (48) vurub.

Bu qələbə ilə "Mançester Siti" 1/4 finala yüksəlib.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Kubokda İngiltərə çempionatının dörd yüksək divizionundan klublar iştirak edir. Qalib növbəti mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq.

Xəbər 158 dəfə oxundu.