Qız və qadın boksçular arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib
Gənc oğlan boksçular arasında Azərbaycan çempionatı davam edir.

58 komandanın 175 boksçusunun iştirakı ilə təşkil edilən yarışın altıncı günündə yarımfinal görüşləri baş tutub.

Bununla da, 13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən, finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Həmçinin yeniyetmə və gənc, eləcə də qadınlar arasında Azərbaycan çempionatında final qarşılaşmaları baş tutub. Döyüşlərin yekununa əsasən ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib. Yeniyetmə qızlar arasında İnci Məcidli (50 kq), Mələk Abbasova (54 kq), Qızbəs İsgəndər (57 kq), qadınların yarışında Anaxanım İsmayılova (50 kq, “Neftçi” İK), Məhsəti Həmzəyeva (57 kq, “Qəbələ” İK) birinciliyin qalibi adına layiq görülüblər.

Qeyd edək ki, yarışda oğlanlar arasında final görüşləri bu gün keçiriləcək. Boks Mərkəzində təşkil olunan birinciliyin həlledici görüşlərinə saat 13:00-da start veriləcək.

Xəbər 252 dəfə oxundu.