“Sumqayıt” Rusiyanın “Krılya Sovetov” komandası ilə qarşılaşacaq
“Sumqayıt” futbolçularının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

“Gənclik şəhəri”nin təmsilçisi Rusiyanın “Krılya Sovetov” komandası ilə qarşılaşacaq. Görüş 2023-cü il yanvarın 17-nə planlaşdırılır.

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

“Sumqayıt” yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulur.

Xəbər 164 dəfə oxundu.