Serbiyada kanoe və avarçəkmə üzrə dünya çempionatı keçirilməyə bilər
Avarçəkmə üzrə lisenziya yarışları gələn ilin may ayından etibarən başlayacaq. İki il ərzində lisenziya xarakterli yarışlar keçiriləcək. Paris Olimpiadasına lisenziya xarakterli yarışlardan hələlik, yalnız İsveçrənin Lutsern şəhərindəki dünya kubokunun baş tutacağı dəqiqdir. Bununla yanaşı, İtaliyanın Vareze şəhərində də dünya kuboku yarışı keçirilməlidir.

Bu barədə məlumatı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı verib.

“Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı keçirilməyə bilər”, - deyə o sözlərinə əlavə edib.

Qurum rəsmisi onu da bildirib ki, olimpiadaya əsas namizədlərdən Diana Dımçenko, Ziya Məmmədzadə və Bəhmən Nəsirinin adlarını çəkə bilər.

Xəbər 378 dəfə oxundu.