Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq | |
Bu gün keçiriləcək oyunlarla Çempionlar Liqasında II tura yekun vurulacaq. Mərkəzi oyun İngiltərədə olacaq. Bu ölkənin son çempionu “Mançester Siti” Bundesliqanın son 2 mövsümdə qalibi olan Dortmund “Borussiya”sını qəbul edəcək. Bu qrupda “Ayaks” – “Real” oyunu da maraqlı matçlardan sayılır. Kiyevdə “Dinamo”ların dueli diqqət çəkir. Postsovet məkanının digər təmsilçisi “Zenit”in “Milan”la ev oyunu da diqqət mərkəzindədir. Hər 2 komanda üçün ilk tur uğursuz oldu. Son vaxtlar problemlər içərisində olan “Zenit”in “Milan” üzərində qələbəsi düşərgədə gərginliyi aradan qaldıra, futbolçuların əhval-ruhiyyəsini yüksəldə bilər. “Milan” isə A seriyasında da mövsümə uğursuz başladığından, baş məşqçisi Massimiliano Alleqri hər an istefaya göndərilə bilər. 3 oktyabr A qrupu “Dinamo” (Ukrayna) – “Dinamo” (Xorvatiya) “Portu” (Portuqaliya) – PSJ (Fransa) B qrupu “Şalke” (Almaniya) – “Monpelye” (Fransa) “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) C qrupu “Zenit” (Rusiya) – “Milan” (İtaliya) “Anderlext” (Belçika) – “Malaqa” (İspaniya) D qrupu “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Almaniya) “Ayaks” (Hollandiya) – “Real” (İspaniya) Qeyd edək ki, Rusiyadakı oyun Bakı vaxtilə saat 21:00-da, qalan matçlar ənənəvi olaraq 23:45-də başlayacaq. |
|
Xəbər 954 dəfə oxundu. |
|
|