Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yubiley turnirinin qalibi olub
Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol turnirinə yekun vurulub.

Turnirin final mərhələsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bakı Dövlət Universitetinin tələbələri qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2:1 hesabı ilə qalib gəlib.

Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. Yarışın ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və ən yaxşı hücumçusu nominasiyaları üzrə qaliblərə mükafatlar təqdim olunub.

Mükafatları idmançılara Təhsil Nazirliyinin, Sumqayıt Dövlət Universitetinin, AFFA-nın və digər qurumların rəsmiləri təqdim ediblər.

Xəbər 169 dəfə oxundu.