Cüdoçularımız “Masters” turnirində medallar uğrunda mübarizəyə başlayırlar
Bu gün İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış - “Masters” turniri start götürür.

Yarışın ilk günündə təmsilçilərimizdən kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), qadınlar arasında isə Leyla Əliyeva (48 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Balabəy Ağayev bu il İslam Həmrəyliyi Oyunlarının, “Böyük dəbilqə” turnirinin qalib və mükafatçısı olub. Kəramət Hüseynov isə “Böyük dəbilqə” turnirində bürünc, Turan Bayramov gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb. Yarışda iştirak edən yeganə xanım idmançımız Leyla Əliyeva Avropa açıq turnirində uğurla çıxış edərək üçüncü yerə sahib olub.

Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edəcək.

Xəbər 266 dəfə oxundu.