Dünya çempionatının simvolik komandası
“WhoScored” internet portalı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının simvolik komandasını tərtib edib.

Argentina yığmasının hücumçusu Lionel Messia və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşin hər biri 10 ballıq sistemlə ən yüksək qiyməti alıblar - 8,2 bal.

İkinci ən yüksək qiymət (8,0) fransalı Kilian Mbappeyə məxsusdur.

“DÇ-2022”nin tam simvolik komandası belədir:

Qapıçı: Voyçex Şensnı (Polşa, 7,9 xal)

Müdafiəçilər: Teo Hernandes (Fransa, 7,2), Rodri (İspaniya, 7,4), Harri Maquayr (İngiltərə, 7,4), Aşraf Hakimi (Mərakeş, 7,0)

Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, 7,5), Brunu Fernandeş (Portuqaliya, 8,2), Jud Bellinqem (İngiltərə, 7,6)

Hücumçular: Antuan Qrizmann (Fransa, 7,5), Lionel Messi (Argentina, 8,2).

Xəbər 279 dəfə oxundu.