Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Sabah taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

ATF ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

2022-ci ilə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Ölkəmizdə taekvondonun təbliği və inkişafı, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Xəbər 225 dəfə oxundu.