Fransanın səfiri: Çempionatın finalında ən güclü komanda qalib gəldi
Dünən Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında çox gözəl oyun oldu. Argentina yığmasını bu gözəl oyuna görə təbrik edirəm.

Bu sözləri Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buay0n müsahibəsində söyləyib.

“Təbii ki, Fransa yığması bizi qürurlandırdı, çünki onlar matçda, xüsusilə ikinci hissədə çox gözəl oyun nümayiş etdirdilər. Düşünürəm ki, çempionatın finalında ən güclü komanda qalib gəldi. Qətəri həqiqətən də uğurlu dünya çempionatının təşkilinə görə təbrik edirəm”, - deyə A.Buayon vurğulayıb.

Xəbər 176 dəfə oxundu.