Güləş üzrə Azərbaycan çempionatı təşkil ediləcək
Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son iki günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.


Xəbər 272 dəfə oxundu.