Basketbol Liqası: 10-cu turun son oyununda “NTD” qələbə qazanıb
Astara Olimpiya İdman Kompleksində 10-cu turun sonuncu oyunu keçirilib.

“Zirvə Astara BK” komandası doğma azarkeşlər önündə paytaxt klubu “NTD BK” basketbolçularını qəbul edib. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları, oyunun yekununda rəqibi üzərində 92-81 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular Ruşhard Kruikşenk (“Zirvə Astara BK”, 28 xal, 6 ribaund ) və Londell Kinq (“NTD BK”, 33 xal, 24 ribaund) seçiliblər.

Qeyd edək ki, 11-ci turun oyunları dekabrın 21, 24 və 25-də baş tutacaq.

Xəbər 213 dəfə oxundu.