Azərbaycan kubokunda 100-dən çox ağırlıqqaldıran qüvvəsini sınayacaq
Dekabrın 21-23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.

Yarışda şəhər və rayonların, idman cəmiyyətləri, klubları, mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Yarışın təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatlarını, ən yaxşı qadın və kişi idmançılarını aşkar etmək, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etməkdir. Həmçinin yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların turnirdə iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.

Xəbər 272 dəfə oxundu.